“Ölkəmizdə “Neftçilər Günü”nün təsis edilməsi ümummilli liderimiz Heydər Əliyevin neftçilərin əməyinə verdiyi yüksək qiymətin təcəssümüdür”.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində yazıb:

“Azərbaycanda tarixi ənənələrə malik neft-qaz sənayesinin inkişafında bu şərəfli peşə sahiblərinin əzmkarlığı və zəngin təcrübəsi əldə edilmiş mühüm nailiyyətlərlə səciyyələnir.

Neftçilər Günü münasibətilə bütün neftçilərimizi təbrik edir və uğurlar arzulayıram”.

 

.