2020-ci ilin birinci yarısından bu il iyulun 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat zəmanət verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 29,9 mln. manat subsidiya ödənilib",- deyə nazir əlavə edib

.