
İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığına işgüzar səfəri zamanı bu ölkənin iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb.
O, bu barədə "X" hesabında bildirib:
"İqtisadi əlaqələrin gücləndirilməsi, ticarət və investisiya sahəsində əməkdaşlıq potensialının reallaşdırılması, enerji, sənayezonaları, turizm, KOB və tranzit sektorunda birgə fəaliyyətin təşviqi imkanlarını nəzərdən keçirdik.
Azərbaycanın yüksək tranzit səmərəliliyinə malik coğrafi mövqeyinin xarici sərmayələr üçün yaratdığı əlverişli imkanlar barədə fikirlərimizi bölüşdük".
.