Bu dəqiqələrdə yenizaman.az-a daxil olan məlumatlara görə, Təhsil Nazirliyinin keçmiş özəl ali məktəblərlə iş üzrə koordinatoru və nazirliyin baş məsləhətçisi İlyar Vahabov tutduğu vəzifəsindən azad edilib. Məlumata görə, təhsil naziri Mikayıl Cabbarov İlyar Vahabovu fəaliyyəti dövründə buraxdığı qanunsuzluqlara görə, işdən azad edib.
Qeyd edək ki, İlyar Vahavoun adı qanunsuz tələbə köçürmələrinə yol verdiyi ilə bağlı informasiyalar mətbuatda vaxtaşırı olaraq gündəmə gəlib.
.
