Energetika sektoru üzrə görülmüş işlər yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, icrası tamamlanmış və ya 2027-ci ilədək reallaşması nəzərdə tutulan 2 QVt civarında sənaye miqyaslı 8 günəş və külək elektrik stansiyası üzrə təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiyanın cəlb edilməsi iqtisadi artıma töhfə verməklə yanaşı, yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır: “Xəzər – Qara dəniz – Avropa” və “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə sazişlərin imzalanması və bu istiqamətdə işlərə başlanması strateji enerji qovşağı olan ölkəmizin etibarlı enerji ixracatçısı və yaşıl investisiyalar məkanı kimi rolunu daha da gücləndirəcək”.

.