İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerlə görüşüb.

Bu barədə nazir özünün “Facebook” səhifəsində qeyd edib:

“ABŞ Etnik Anlaşma Fondunun (The Foundation For Ethnic Understanding - FFEU) prezidenti Mark Şnayerlə (Rabbi Marc Schneier) ölkəmizdə millətlərarası və mədəniyyətlərarası dialoqun təşviqini, bütün icmaların sülh və sabitlik şəraitində yaşadığını vurğuladıq. Azərbaycanın zəngin mədəni-mənəvi irsi və tolerantlıq ənənələri barədə fikirlərimizi bölüşdük”.

 

.