Bu gün Azərbaycanda tarixi gündür. Saat 08:00 saat etibarilə səsvermə prosesi başlayıb.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermənin başlanmasını elan edərkən deyib.

Prezidenlik uğrunda 7 namizəd mübarizə aparır. Bu gün axşam saat 7-dək hər kəs gəlib öz səsvermə hüququndan istifadə edə bilər.

"Rəsmi şəkildə elan edirik ki, məntəqələr artıq açıqdır və hər kəsi məntəqələrə dəvət edirik", - M.Pənahov deyib

.