“Dairə seçki komissiyalarının sərhədləri dəyişəcək. Ancaq bizim üçün əsas məsələ nə qədər mümkündürsə bir o qədər az dairənin sərhədinin dəyişməsidir”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd edib ki, vətəndaşların arzularını maksimum dərəcədə yerinə yetirməyə çalışıblar: “Amma dairə seçki komissiyalarının sərhədləri dəyişəndə bəzi problemlər meydana çıxır. Bu, qaçılmazdır. Biz bəzi dairə seçki komissiyalarının sərhədlərini dəyişməyə məcburuq. Dairənin sərhədləri müəyyənləşdirilərkən keçilə bilən nəqliyyat vasitələrinin olması, ikincisi, insanlar arasında yerlərdə gərginlik yaranmamasına diqqət yetirməliyik. Seçicilərin razı qalması və rahat olması üçün çalışmalıyıq. Çünki başqa mənzərə yarana, ciddi gərginliyə səbəb ola bilər”.