Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının xalası oğludur.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev gecə saatlarında 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Rəşad Dağlı) zəng edib və mübahisə edib. 

Mübahisə zamanı o, R.Dağlıya ağır söyüşlər söyüb və təhqir edib. 

R.Dağlı söyüş və təhqirlərə dözməyərək, İ.Mehdiyevdən ünvan soruşaraq ora gedib. Telefonda yaranan mübahisə üzbəüz davam edib və nəticədə R.Dağlı İ.Mehdiyevə bıçaq zərbəsi vuraraq öldürüb. 

R.Dağlı hadisəni törətdikdən sonra dərhal ərazi üzrə polis bölməsinə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

***

Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.

Hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

Faktı APA-ya DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

.