Bakı Metropolitenində polis şöbəsinin əməkdaşları, metronun "28 May” stansiyasında qatar yoluna pirotexniki vasitə atan şəxsləri saxlayıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov virtualaz.org-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Yardımlı sakini, 1998-ci il təvəllüdlü Vüqar Hüseynli, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Şahin Abbasov və Zəngilan rayon sakini, 1998-ci il təvəllüdlü Rövşən Məmmədov saxlanılıblar.

"Bakı Metropoliteni paytaxt sərnişinlərə xəbərdarlıq edir ki, metropolitenin istifadə qaydalarına riayət etsinlər. Əks təqdirdə digər sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüləcəkdir”,- deyə qurum rəsmisi əlavə edib.
.