"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yeni qərar qəbul edib.
Qərara əsasən, KİV nümayəndələri və I Avropa Oyunlarında tamaşaçı qismində iştirak edən şəxslər həmin günə olan biletlərini və şəxsiyyət vəsiqələrini təqdim etməklə metrodan pulsuz istifadə edə biləcəklər.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat yayıb.
N.Paşayev bildirib ki, açılış və bağlanış mərasimlərinin iştirakçıları da metrodan pulsuz istifadə edə biləcəklər. Beləliklə, metrodan 17 gün pulsuz istifadə etmək mümkün olacaq.

.