Argentina yığmasının sabiq futbolçusu Qonsalo İquayn keçmiş komanda yoldaşı Lionel Messinin formasını geyindiyi ABŞ-nin "İnter Mayami" klubunun məşqçisi təyin olunub.

Bu barədə Amerika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı sabiq hücumçu klubda futbolçuların inkişafı üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Real" (İspaniya), "Yuventus" və "Napoli" (hər ikisi İtaliya) kimi klubların formasını geyinmiş və 2022-ci ildə karyerasını bitirmiş Q.İquaynın son iş yeri məhz "İnter Mayami" olub.

.