Argentinalı hücumçu Lionel Messinin gedişindən sonra İspaniyanın "Barselona" futbol klubu təxminən 137 mln. avro qazanc itirəcək.
Bu barədə yerli "As" portalı "Brand Finance" şirkətinə istinadən xəbər verir.
Məlumata görə, Messinin getməsi ilə "Barselona" 77 mln. avro məbləğində sponsor vəsaitlərindən və futbolçunun simvolları olan məhsulların satışından qazana biləcək 43 mln. avrodan məhrum olacaq.
Bundan əvvəl "Barselona" Messi ilə yeni müqavilə üzrə danışıqların pozulmasını iqtisadi və struktur maneələrin olması ilə izah etmişdi. Argentinalı futbolçunun müqaviləsinin ödənilməsi klubun oyunçularının saxlanması üzrə xərclərini gəlirinin 110%-nə çatdıracaqdı.
"Barselona"da Messinin illik maaşı təxminən 75 mln. avro idi. Futbolçu maaşını yarıya endirməyə hazır idi, lakin bu da kifayət etmədi.
Hazırda Messi və Fransanın "Paris Sen-Jermen" klubu arasında danışıqların aparılır. Lakin futbolçu bildirib ki, başqa variantlar da var.