“Give Me Sport” nəşri XXI əsrin klub səviyyəsində keçirilmiş oyunlarda qolların nisbəti üzrə ən yaxşı futbolçuların reytinq siyahısını açıqlayıb.

"Barselona"nın 726 matçda 630 qol vurmuş hücumçusu Lionel Messi (0,87) reytinq siyahısına başçılıq edir.

Siyahıda ikinci yerdə "Yuventus"un hücumçusu Kriştianu Ronaldu (0,77) qərarlaşıb. O, 812 oyunda 626 dəfə fərqlənib. İlk üçlüyü "Bavariyanın" hücumçusu Robert Levandovski (0,73) bağlayıb. Onun hesabında 472 oyunda 345 qol var.

Siyahıda digər futbolçular da yer alıb:

1. Lionel Messi (0,87).

2. Kriştianu Ronaldu (0,77).

3. Robert Levandovski (0,73).

4. Luis Suares (0,67).

5. Neymar (0,65).

6. Kilian Mbappe (0,65).

7. Harri Keyn (0,63).

8. Zlatan İbrahimoviç (0,62).

9. Edinson Kavani (0,61).

10. Rud Van Nistelroy (0,60).

11. Serxio Aquero (0,59).

12. Radamel Falkao (0,58).

13. Tyerri Anri (0,57).

14. Ronaldo (0,56).

15. Pauleta (0,56).

.