Fransa Liqa 1-də mövsümün rəmzi komandası bəlli olub.
ESPN-in versiyasına əsasən, "11-liy"ə PSJ-nin ulduz futbolçuları Lionel Messi və Kilian Mbappe də düşüb.
Qapıçı: Bris Samba ("Lans")
Müdafiəçilər: Jonatan Kloss, Şansel Mbemba (hər ikisi "Marsel"), Kevin Danso ("Lans"), Nunu Mendeş (PSJ)
Yarımmüdafiəçilər: Seko Fofana ("Lans"), Valentin Ronje ("Marsel"), Branko van der Bomen ("Tuluza")
Hücumçular: Lionel Messi, Kilian Mbappe (hər ikisi PSJ), Aleksandr Lyakazett ("Lion").
Qeyd edək ki, PSJ sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
.