PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanına səfər etmək üçün baş məşqçi Kristof Qaltye və idman direktoru Luis Kamposdan icazə almayıb.
35 yaşlı hücumçu Fransa Liqa 1-in XXXIII turunda “Loryan”a məğlubiyyətdən (1:3) sonra Asiya ölkəsinə uçub. Paris təmsilçisi sözügedən qarşılaşmada qələbə qazanılacağı halda oyunçulara birgünlük istirahət vəd edib. Ancaq məğlubiyyətdən sonra bu, ləğv olunub. Bu səbəbdən komanda bazar ertəsi məşqə çıxıb. Futbolçuların bəziləri Messinin gedişinə görə şoka düşüblər.
Argentinalının PSJ ilə müqaviləsi bu yay başa çatır. Bu mövsüm hücumçu komandanın heyətində bütün yarışlarda 37 oyun keçirib, 20 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
.