İspaniya Primerasının 21-ci turunun matçında "Barselona" "Atletik” (Bilbao) ilə qarşılaşıb.
“Report” xəbər verir ki, görüş Barselonada "Kamp Nou" stadionunda keçirilib və “Barselona”nın 2:1 hesablı qələbəsi ilə qurtarıb. Komandanın qollarından birini Lionel Messi vurub.
Bu, argentinalı hücumçunun “Barselona”nın heyətində çıxış etdiyi yarışlarda vurduğu 650-ci qol olub. O, İspaniya Primerası çərçivəsində 456 qol vurub.
Messinin komanda ilə müqaviləsi cari ilin 30 iyununa qədər qüvvədədir. Argentinalı hücumçu ötən yay Katalon klubundan getməyə cəhd edib, ancaq sonra komandada qalmağa qərar verib. Otuz üç yaşlı oyunçuya əsas iddialılar "Mançester Siti" və PSJ komandalarıdır.
"Barselona" 20 matçda 40 xal yığıb və Primeranın yarış cədvəlində əlavə göstəricilər üzrə “Real"ı ötüb. “Atletik” 24 xalla siyahıda 11-ci yer tutur.

.