“Barselona”nın argentinalı hücumçusu Lionel Messi klub karyerası müddətində 250-ci məhsuldar ötürməsini verib.

Bu barədə xəbər ESPN-in “Twitter” səhifəsində dərc edilib.

Xatırladaq ki, “Barselona” İspaniya La Liqasının 31-ci turunun matçında “Atletik” klubuna 1:0 hesabı ilə qalib gəlib.

Qarşılaşmada yeganə qolu 71-ci dəqiqədə L.Messinin ötürməsindən sonra xorvatiyalı İvan Rakitiç vurub.

Hazırda “Barselona” klubu 68 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir.

.