İspaniya La Liqasının XXVIII turunun "Real Sosyedad"la oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Kataloniya təmsilçisinin heyətində ümumilikdə 768-ci, ölkə çempionatında isə 511-ci matçına çıxan argentinalı futbolçu "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasın rekordunu yeniləyib. Veteran qolkiper La Liqada 510 görüş keçirib.

Messi bu göstərici ilə 7-ci sıraya yüksəlib. İlk pillədə "Barselona"nın keçmiş qapıçısı Andoni Subisarreta qərarlaşıb.

Qeyd edək ki, "Barselona"nın "Real Sosyedad"ı 6:1 hesabı ilə darmadağın etdiyi matçda Messi 2 qol vurub.

.