İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi ailəsi ilə birlikdə fransız dilini öyrənməyə başlayıb.
"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, bu addımı argentinalı hücumçunun PSJ-yə mümkün keçidi məsələsini gündəmə gətirib.
İddiaya görə, 34 yaşlı forvard Parisə köçəcəyi üçün bu dili öyrənir.
Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

.