Argentina millisinin futbolçusu Lionel Messi Fransa və Braziliya yığmalarını bu il Qətərdə keçiriləcək dünya çempionatının əsas favoritləri hesab edib.

35 yaşlı hücumçu bu barədə "RMC Sport"a açıqlamasında bildirib.

Messinin sözlərinə görə, bu iki komanda mundialı qazanmağa əsas namizəddir. PSJ klubunda çıxış edən təcrübəli forvard Almaniya, İngiltərə və İspaniya kimi böyük millilərin də favoritlər siyahısında olduğunu söyləyib.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

.