
Argentinanın futbol üzrə milli komandasının hücumçusu Lionel Messi 2018-ci ilin yayında İspaniyanın "Barselona” klubunu tərk etmək qərarına gəlib. "Daily Post” nəşrinin verdiyi xəbərə görə, futbolçunun kontraktı uzatmamasına səbəb çalışdığı klubun transfer siyasətindən narazı qalmasıdır.
Qeyd edək ki, Messinin hazırkı kontraktının müddəti 2018-ci ilin yayında başa çatacaq. "The Sun” nəşri Messinin karyerasını İngiltərənin "Mançester Siti” klubunda davam etdirə biləcəyini bildirmişdi.
.