Argentina millisinin hücumçusu Lionel Messi karyerasında 45-ci titulunu qazanıb.
Bu, ABŞ-də təşkil olunan Amerika Kubokunun final matçında reallaşıb.
Argentina millisi həlledici görüşdə Kolumbiya ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Start heyətində meydana çıxan L.Messi zədə səbəbindən 66-cı dəqiqədə əvəzlənib.
Onun vaxtilə İspaniyanın "Barselona" klubunda birgə oynadığı komanda yoldaşı Dani Alveş isə dünyanın ən çox titul qazanan (43) ikinci futbolçusudur.
Qeyd edək ki, 37 yaşlı forvard Amerika Kubokunda keçirdiyi 5 oyunda 1 qol vurub.
.