ABŞ-da prezident kürsüsü uğrunda mübarizə aparan ekssentrik milyarder Donald Trampın oğullarının Afrikadakı çəkdirdiyi şəkil məşhur müğənni Madonnanı qəzəbləndirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Trampın oğulları - Donald Con və Erikin ov zamanı öldürdükləri bəbirlə çəkdirdiyi şəkildən hiddətlənən Madonna onları öz instaqram hesabında kəskin tənqid edib. O, fotonu paylaşaraq "Bu nəcib heyvanı idman üçün öldürmək məcburiyyətində idiniz? Hillariyə səs vermək üçün başqa bir səbəb!" ,- deyə yazıb.
Qeyd edək ki, 2011-ci ildə çəkilmiş fotosu mətbuatda bu yaxınlarda yayılıb.

