
Şotlandiyalı məşhur teleaparıcı, 38 yaşlı Michelle Vattın evində ölü tapılması media sektorunda şok təsiri yaratdı.
ATV.az xəbər verir ki, M.Vatt məşhur "60 Dəqiqədə Dəyişmə" adlı proqramın aparıcısı olub. Onun nəşi ailəsi ilə birlikdə yaşadığı evdə tapılıb.
Polis ölümdə şübhəli bir vəziyyətin olmadığını açıqlayıb. Məşhur teleaparıcının intihar etdiyi düşünülür.
M.Vatt məşhur boksçu Jim Vattın qızı idi.
.