Məşhur amerikalı repçi Kardi Bi pərəstişkarlarına təbii görünüşünü nümayiş etdirib.

“Daily Mail”in məlumatına görə, o, bununla bağlı “Instagram” hesabının “hekayə” bölümündə paylaşımlar edib.

Videoya makiyajsız çəkilən 27 yaşlı müğənninin həcmli saçları və yaşıl rəngə boyanan uzun dırnaqları diqqət çəkib.

“Uşaqlar, saçlarım əslində belədir... Onları sıx şəkildə hörsəm belə, qurudandan iki gün sonra belə həcmli olur”, - deyə ifaçı bildirib.

 

.