
"Earth, Wind and Fire” musiqi qrupunun qurucusu, müğənni-bəstəkar Maurice White həyatını itirib.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 74 yaşlı Whitenin ABŞ-dakı evində ölü tapılıb.
Musiqiçinin yatarkən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, 1992-ci ildə sənətçiyə "Parkinson” diaqnozu qoyulmuş, xəstəliyi səbəbiylə 1994-ci ildə qrupla birlikdə turneyə çıxmağa son vermək məcburiyyətində qalmışdı.
100 milyon albom satan” Earth, Wind and Fire” qrupunun 6 "Grammy” mükafatı var.
.