70 yaşlı məşhur aktyor Maykl Duqlas Ellen DeDegeneresin gündəlik şou proqramında Ketrin Zeta Consla evliliklərini necə xilas etdiyini açıqlayıb.
Yenizaman.az-ın xarici mətbuata istinadən xəbərinə görə, proqramda qonaq olan Maykl Duqlas çoxdandı ondan gözlənilən bir açıqlama verib – Ketrinlə yenidən bir arada olduqlarını etiraf edib: "Əgər hər ikiniz də münasibətiniz üzərində çalışmağa hazırsızsa, onda nə etməli olduğunuzu da bilirsiz. Sevgi bəzən çıxılmaz vəziyyətdə ola bilər, heç nəyi həll etməyə bilər, ancaq mən hələ də öz xanımımdan ötrü dəli oluram. Doğrudur, problemi aradan qaldırmaq çətin oldu, çünki tanınmış, ictimai insanlarıq və bu çətin vəziyyətdə üzərimizə çox gərəksiz diqqətlər yönəlmişdi. Ancaq buna baxmayaraq biz indi birlikdəyik, sevgimiz hər zamakından da güclüdür”.
Qeyd edək ki, 2013-cü ilin may ayında cütlük münasibətlərini bitirmək istədiklərini etiraf etmişdilər. Son illər cütük üçün çox çətin olmuşdu. Maykl qırtlaq xərçəngi ilə mübarizə aparır, böyük oğlu Kameron narkotik maddə istifadə etdiyi üçün həbs olunmuş, Ketrin isə bipolyar pozğunluğa görə xəsətxanada müalicə alırdı. Bunlar cütlük üçün asan olmadı və onlar anlamışdılar ki, ən yaxşısı bir-birindən uzaq yaşamaqdır. Ancaq onlar yenə birlikdədir. Maykl rəsmi olaraq bu proqramda çətinliyi dəf etdiklərini və yenidən birlikdə olduqlarını etiraf edib: "Bu il artıq evliliyimizin 15 ili tamam olacaq”.
Xatırladaq ki, cütlük 1999-cu ildə Doviledəki kinofestvalda tanış olmuşdu. Həmin vaxt Maykl aktrisa Diandre Luker ilə evli idi. Ketrinlə aralarındakı 25 illik yaş fərqi onların sevgisinə mane olmadı. Bir il sonra evlənən cütlüyün Dilan adlı oğlu və Keris adlı bir qızı var.
.