Narkotik və alkoqol asılılığının öhdəsindən gələn Metyu Perri etiraf edib ki, ona “Dostlar” serialındakı həmkarı Cennifer Eniston çox kömək olub.

Aktyorun dediyinə görə, Eniston onunla birbaşa əlaqə saxlayaraq kömək təklifi edib.

“Bu, mənim üçün çox çətin bir an idi, çünki asılılığımı gizlətməyi yaxşı bacardığımdan əmin idim. Ancaq əslində, mənə ilk dəfə kömək əlini uzadan o idi. Buna görə həmişə ona minnətdar olacağam”, - Perri xatırlayıb.

Aktyor həmçinin etiraf edib ki, o, artıq dozadan az qala ölüb, bir neçə həftə komada qalıb.

.