Məşhur "Dekster" serialının baş rol qəhrəmanı Maykl S.Holl sevgilisi Morqan MakQreqorla evlənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 45 yaşlı aktyor toyunu fevralın 29-da qeyd edib. Nyu-Yorkda baş tutan toy mərasimində cütlüyün yaxınları iştirak edib.

Qeyd edək ki, 2012-ci ildən sevgili olan ikili ilk dəfə "Emmi" mükafatlandırma mərasimində görünmüşdülər. Buna qədər isə Maykl "Dekster" serialında bacısını canlandıran Cennifer Karpenterlə evli idi.


.