İsveçli aktrisa Rebekka Fergüson "Mission: Impossible" filminə çəkildikdən sonra Maldiv adalarında mədə virusuna yoluxub və həmkarı Tom Kruzdan helikopter almasını və onu təcili xəstəxanaya çatdırmasını istəyib.

Bu barədə aktrisa "Independent" nəşrinə müsahibəsində danışıb.

Aktrisa bildirib ki, ərinin məsləhəti ilə həmkarı və prodüserinə zəng edib: "Mən ondan soruşdum ki, helikopter ala bilərəmmi?"

Daha sonra Fergüsonun kəskin qastroenterit xəstəliyinə tutulduğu məlum olub.

Xatırladaq ki, Fergüson və Kruz birlikdə "Mission: Impossible" filminin üç hissəsində rol alılbar.

.