Bu gün universitetlər tərəfindən tədris olunan bəzi peşələr öz aktuallığını itirir.

Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, növbəti dövrdə onların əmək bazarından çıxarılması labüddür:

"Amma yeni daxil olan peşələr də var. Bunlar əsasən texnologiya, İT sahəsi ilə bağlı olanlardır. Ümumiyyətlə 175 aktual peşə içərisində ən perspektivli peşələri İT, turizm və kənd təsərrüfatı sahəsinə aid peşələr təşkil edir".

.