![](/uploads/img/posts/2024/02/05/cd75fbe6-cb86-3f71-b373-79d39706746f_850jpeg-1707138967.jpeg)
Son günlər bölgələrdə hava şəraitinin əlverişli keçməsi ölkənin bir sıra meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin aparılmasına şərait yaradıb.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun sözlərinə görə, iqlim-hava şəraiti əlverişli keçən Şəmkir, Göygöl, Bərdə, Şabran, Ağsu, Ağcabədi, Sabirabad rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən növbəti əkin mövsümünə start verilib, gün ərzində ümumilikdə 9 mindən artıq ağac əkilib, 370 kiloqram toxum səpilib:
“Meşəbərpa tədbirləri zamanı hər bölgənin torpaq-iqlim şəraitinə uyğun palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş ağacları əkilir, toxumlar səpilir. Ağacəkmə aksiyalarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş əkin materiallarından istifadə olunur”, - deyə Xidmət rəisi vurğulayıb.
.