Məryəm Uzerli misirli aktyor-aparıcı Bassel Alzaro ilə 3 aydır sevgilidir.

Türkiyə mətbuatı xəbər verir ki, cütlük Alzaronun aparıdığı proqramın Berlindəki çəkilişlərində tanış olub. 34 yaşlı kino ulduzunun misirli sevgilisi ondan 3 yaş kiçikdir. Cütlük Dubay, Berlin və İstanbulda görüşür.
Xatırladaq ki, aktrisa Türkiyə mətbuatına verdiyi açıqlamada "Anam türk kişilərindən uzaq durmağı töviyə edir. Haqlıdır, çünki məni incidirlər" demişdi.
Məryəm Uzerlinin qızı Laranın atası məşhur aktyor Can Alışdır. Məryəmlə Can 2 ilə yaxın sevgili olub.











.