Azərbaycan Mərkəzi Bankının (AMB) iki departamentinin adı dəyişdirilib.

"Kapital bazarına nəzarət departamenti"nin adı "Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti", "Korporativ İdarəetmə Departamenti"nin adı "Korporativ idarəetmə və katiblik departamenti" olaraq yenilənib.

Bununla yanaşı, Mərkəzi Bankın Maliyyə Monitorinqi Bölməsinin bazasında Maliyyə Monitorinqi Departamenti, əlavə olaraq Strateji və Layihə İdarəetməsi departamenti və Rezolyusiya şöbəsi yaradılıb. Eyni zamanda Korporativ İdarəetmə Departamentinin direktoru Arif Şirəliyev Strateji və Layihə İdarəetməsi departamentinin direktoru seçilib.

.