Mərkəzi Asiya–Azərbaycan enerji dəhlizi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın (TİƏ) 2027-ci ilin may ayında başa çatdırılması gözlənilir.
Bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) tərəfindən maliyyələşdirilən layihə üzrə işlər davam edir və texniki-iqtisadi əsaslandırmanın gələn ilin mayında tamamlanması nəzərdə tutulur.
"Bu ilin iyul ayında növbəti mühüm mərhələnin başa çatdırılması planlaşdırılır", - nazir qeyd edib.
O əlavə edib ki, Azərbaycan–Türkiyə enerji habı layihəsi, o cümlədən Naxçıvan üzərindən həyata keçirilən təşəbbüslər, həmçinin Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan elektrik enerjisi dəhlizi layihələri artıq aktiv mərhələyə daxil olub.
Nazirin sözlərinə görə, bu layihələrin irəliləməsində Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığı və aparıcı rolu əsas hərəkətverici qüvvə kimi çıxış edir.
.
