Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.
"İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin nümayəndəsi Ştefan Zaybert bildirib.
Onun sözlərinə görə, görüş martın 14-də, Vaşinqtonda baş tutacaq.
Qeyd edək ki, bu, Merkel və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.
.
