"Berlin ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında hərbi qarşıdurma olacağı halda avtomatik olaraq Vaşinqtonu dəstəkləməyəcək”.
Bunu Almaniya kansleri Angela Merkel "Handelsblatt” nəşrinin saytına müsahibəsində deyib.
"Mən tamamilə dəqiq söyləyəcəm: xeyr. Mən Şimali Koreya böhranının hərbi həllini görmürəm və bunu yanlış hesab edirəm. Düşünürəm ki, böhranın həlli üçün diplomatik vasitələrdən tamamilə istifadə edilməyib”, - kansler fikrini izah edib.
Qeyd edək ki, Almaniya və ABŞ NATO hərbi blokuna üzv ölkələrdi. İttifaqın nizamnaməsinin 5-ci maddəsinə əsasən, hər hansı NATO üzvü olan ölkəyə hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir.
