Avropa və Türkiyə miqrasiya böhranına görə birgə məsuliyyət daşımalıdırlar. Yenizaman.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Brüsselə sammitə gələn Almaniya kansleri Angela Merkel bildirib.
"Avropa və Türkiyə məsuliyyəti bölüşməlidirlər. Bizə sərhədlərimizin qorunması gərəkdir, qaçaqmalçılarla, qanunsuzluqla mübarizə gərəkdir. İnsanların Aİ-yə gəlməsini təmin edə biləcək qanuni yollar tapmalıyıq”, deyə Merkel bildirib.
Kanslerin sözlərinə görə, rəsmi Berlin "Avropa-Türkiyə gündəliyi”nin prioritet olaraq qalmasını istəyir.
.
