Almaniyada sığınacaq almağa namizəd olan Əfqanıstandan gələn gənc mühacir həbs olunub.

PRESSDAY.az xarici mediaya istinadən xəbər verir ki, o Avropa Komissiyasının yüksək vəzifəli məmurunun 19 yaşlı qızını zorlayıb öldürməkdə təqsirkar bilinir. 

Tibb mütəxəssisi təhsili alan Mariya Ladenburqer boş vaxtlarında qaçqınlar üçün sığınacaqda könüllü olaraq çalışıb.

Onun meyiti oktyabrın 16-da Frayburq universitet şəhərinin İsveçrə ilə sərhədi yaxınlığında tapılıb.

Mariyanı zorladıqdan sonra çayda boğublar. 

Əfqan dekabrın 2-də saxlanılıb. DNK test vasitəsilə onun bu cinayəti törətdiyi ortaya çıxıb. 

Polisdən verilən məlumata görə, şübhəli şəxs də qızı öldürdüyünü boynuna alıb. 

İstintaq müəyyən edib ki, Mariya axşam saatlarında şənlənməkdən qayıdanda evlərinə gedən yolda ona hücum edilib. Qatilin insidentə qədər qurbanı ilə tanış olub-olmadığı hələ ki məlum deyil. 

Polis hazırda əfqanıstanlının bu rayonda baş verən başqa qadın ölümü ilə bağlı olub-olmadığını araşdırır. 27 yaşlı Karolina Q. Da zorlandıqdan sonra öldürülüb. 

Məlumata görə, öldürülən qızın atası Klemens Ladenburqer hüquq doktorudur və Avropa Komissiyasının hüquq idarəsinin direktorunun köməkçisi işləyir. 
Yenizaman.az
.