ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
"Trend”ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
O bildirib ki, görüş yerli vaxtla 19.00-da baş tutacaq.
Nazirliyin rəsmisinin sözlərinə görə, görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.
