Cari ilin 20 iyun tarixində Vaşinqton şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçiriləcək. Bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.
