"Azərbaycan sədr kimi BMT sisteminə əsaslanaraq, onun bütün prinsiplərinə hörmətlə yanaşaraq Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əlaqələri dəstəkləyəcək".
"Report" xəbər verir ki, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransının bağlanış mərasimində bu konfransın sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
XİN başçısı qeyd edib ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək ölkə kimi təşkilatın bütün üzv ölkələri ilə effektiv işləmək və bununla da dünyada təhlükəsizliyinin inkişafına töhfə vermək niyyətindədir.
E.Məmmədyarov xatırladıb ki, 2019-cu ildə Azərbaycanda Hərəkatın XVIII sammiti keçiriləcək.
.
