"Azərbaycan və Ermənistan arasında həll olunmamış münaqişə təhlükəsizlik və iqtisadi inkişaf üçün əsas maneədir".

Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

Nazir bildirib ki, Azərbaycana qarşı işğal 20 ildən çoxdur davam edir.

"Azərbaycan sülh və təhlükəsizliyin təminatında BMT-nin aparıcı rolunu qəbul edir”.

Bunu da Elmar Məmmədyarov Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

O bildirib ki, Azərbaycan BMT-də islahatların aparılmasını və Baş Assambleyanın rolunun artırılmasını dəstəkləyir: "Belə olan halda, BMT üzvlərinin üçdə ikisinin də səsi eşidiləcək və hörmət ediləcək. Münaqişələrin həlli nəinki həmin regionlar, eləcə də bütün dünyada sabitliyə gətirib çıxarır”.

.