İtaliyanın Baş naziri Ciorcia Meloni Qazaxıstana səfər edəcək.

Yenizaman “Tengrinews”a istinadən xəbər verir ki, Baş nazirin səfəri aprelin 26-27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında baş tutacaq.

Tərəflərin görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı perspektivlərini müzakirə edəcəyi gözlənilir. 

O da bildirilib ki, aprelin 27-də Astanada birinci “Mərkəzi Asiya – İtaliya” sammiti keçiriləcək.

.