İtaliyanın Baş naziri Corca Meloni İspaniyanın muxtar şəhəri Seutada qeyri-qanuni miqrant axını səbəbindən Romanın Madrid ilə Şengen razılaşmasının fəaliyyətini dayandırmağa hazır olduğunu bildirib.

İtaliya hökumətinin başçısı bu barədə sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, Seutadakı vəziyyət nəzarətsiz qeyri-qanuni miqrasiyanın Avropa sərhədlərinin təhlükəsizliyi üçün təhdid yaratdığını göstərir.

Qeyd edək ki, daha əvvəl İspaniya KİV-ləri son bir həftə ərzində Mərakeşdən Seutaya 1,5 mindən çox miqrantın gəldiyini bildirib. Miqrasiya böhranı fonunda İspaniya hakimiyyəti təhlükəsizlik tədbirlərini gücləndirmək üçün muxtar şəhərə hərbçilər göndərib.

.