
Xalq artisti Məleykə Əsədovaya at bağışlayıblar.
Axşam.az-ın məlumatına görə, aktrisa "ATV maqazin onlarla” verilişində atına Uğur adını qoyduğunu deyib:
"Uşaqlıqdan arzulayırdım ki, atım olsun. Ad günüm ərəfəsində gözəl, vətənini sevən bir insan şeir deməyimə görə mənə bu atı bağışladı. Ərəb atıdır, 2 yaşı var. Hələ üstünə minmək olmaz. Həm də at çapa bilmirəm. Öyrənəndən sonra minəcəm. Qızımla birlikdə adını Uğur qoymuşuq. Evdə Uğur adlı pişiyim də var”.
.