Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə qəbul imtahanlarının birinci mərhələsinin çətin olması ilə bağlı iddialara cavab verib.

O, jurnalistlərə açıqlamasında imtahanın çətinlik dərəcəsini kimlərinsə fikrinə görə qiymətləndirməyin doğru yanaşma olmadığını bildirib.

"Nəticəni yalnız imtahanda iştirak edən bütün iştirakçıların nəticələri əsasında söyləmək olar. Statistikaya baxınca görürük ki, qəbul imtahanları ilə bağlı nəticələr necə gözləyirdiksə, elə də oldu", - deyə o qeyd edin.

O xatırladıb ki, qəbul imtahanlarının modeli tədris ilinin əvvəlindən DİM tərəfindən buraxılan jurnalda çap olunub.

"Maraqlanan hər kəs bu modellərlə imtahanda təqdim olunan modeli müqayisə edə bilər. Fevral ayında da sınaq imtahanı keçirilib və suallar nəşr edilib, bunlar hər kəs üçün əlçatandır”, - deyə M.Abbaszadə bildirib.

.