"Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək".
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in Niderlandın İmtahan və Sertifikatlaşdırma üzrə Tədqiqat Mərkəzinin (RCEC) sertifikatı ilə təltifedilmə mərasimində çıxışı zamanı qeyd edib.
M.Abbaszadə bildirib ki, DİM yerli ekspertlərlə də əməkdaşlıq etməyə hazırlaşır: "Eyni zamanda, yerli ekspertlərlə sosial sorğu keçirib müzakirələr aparmaqla imtahanlar, qiymətləndirilmə haqqında onların da fikirlərini nəzərə alacağıq. Biz yeni qiymətləndirilmə sisteminə keçməliyik".
.