“Çox adam deyir ki, pandemiya şəraitində məşğul olmuşuq, müsabiqə şərtlərini aşağı salın. Müsabiqə şərtlərini aşağı salmağa heç bir ehtiyac yoxdur. III qrupda kifayət qədər yüksək nəticə göstərən uşaqlar var. Onlar da pandemiya şəraitində hazırlaşıblar”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, müəyyən kənd və regionların məktəbləri yüksək nəticə göstərib: “Bu ilin mediana göstəricini bütün imtahan verənlərin tam yarısına bölsək, görərik ki, orta nəticə bu il 303,74 baldır, keçən il 297,21 olub. İmtahan verənlərin yarısı 303 bal toplayıb. Bu il III qrupda 21410 nəfər imtahan verib. Builki qəbulda III ixtisas qrupunda kifayət qədər yüksək müsabiqə formalaşacaq. Plan yerlərinin sayı da təsir göstərir, III qrupda bu il 1015 plan yeri artıb, bu da 9% artım deməkdir. Dövlət sifarişli yerlər də 4256-dir. Onlardan 30-u Moskva Dövlət Universitetindədir”.

DİM sədri: "III qrupda müsabiqə vəziyyəti çox yüksəkdir"

"III qrup hər il olduğu kimi çoxlu sayda abituriyenti cəlb edir. Bu il də 20 minə yaxın abituriyent III qrupa imtahan verib".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib. Onun sözlərinə görə, III qrup fərqlidir, müsabiqə çox yüksəkdir: "Müsabiqəyə buraxılma şərtləri bütün qruplarda eynidir. III qrup üzrə 12286 plan yeri var, müsabiqəyə buraxılanların sayı - 200 baldan yuxarı bal toplayan və bütün şrtlri ödəyənlər 15368 nəfərdir. Bu o deməkdir ki, 3082 nəfər qəbul olmayacaq, bu, artıq plan yerlərindən asılı bir məqamdır”.

.